İsraili dayandırmaq üçün təcili tədbirlər… – İslam Əməkdaşlıq Təşkilatıbackend

İsraili dayandırmaq üçün təcili tədbirlər… – İslam Əməkdaşlıq Təşkilatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslam Əməkdaşlıq Təşkilatı beynəlxalq ictimaiyyəti İsrailin Qəzza zolağına aylardır davam edən hücumlarını dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, “Mərakeş Bəyannaməsi” Türkiyənin də iştirak etdiyi Təşkilatın Ombudsmanlar Birliyinin Qəzza üzrə Mərakeşdə keçirilən 11-ci İdarə Heyətinin toplantısından sonra dərc edilib.

Bəyanatda İsrail qüvvələrinin Qəzza zolağında Fələstin xalqına qarşı törətdiyi dəhşətli hərəkətlər pislənilib. Bunun beynəlxalq insan haqları qanun və konvensiyalarının pozulması demək olduğu bildirilib.