İsraili idarə edən Amerikadırbackend

İsraili idarə edən Amerikadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsraili idarə edən Amerikadır”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Hizbullahın lideri Seyid Həsən Nəsrullah bildirib.

O, Dəməşqdəki İran konsulluğuna edilən hücumla bağlı da danışıb:

“Burada məsələ təkcə öldürülən, hücuma məruz qalan İranın yüksək rütbəli hərbçilərinin olması deyil, hücuma məruz qalan İran ərazisi var. İkinci məsələ sui-qəsdin səviyyəsidir, çünki general-mayor Zahidi İranın Suriya və Livandakı qüvvələrinin baş məsləhətçisi və lideri idi. İsrail ictimaiyyəti Netanyahuya deyir ki, biz heç nəyə nail olmamışıq. Beynəlxalq ictimaiyyətin ona yazığı gəlir. Çünki onlar onun dostudurlar. Məqsədlərin heç birinə nail olunmayıb. Sizcə, Bayden, seçki ərəfəsində bu bölgədə regional müharibənin olmasında, İranla müharibə etməkdə maraqlıdırmı? Amerikalılar nəyisə dayandırmaq istəyəndə onu dayandırırlar. İsraili idarə edən Amerikadır”.

Qeyd edib ki, Hizbullah Tehranın digər əsas müttəfiqləri kimi İranı dəstəkləməyə sadiqdir.