İsrailin baş naziri HƏMAS rəhbərliyinin zərərsizləşdirilməsini əmr edibbackend

İsrailin baş naziri HƏMAS rəhbərliyinin zərərsizləşdirilməsini əmr edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Binyamin Netanyahu sentyabrın 8-də Qüds və Qəzzada törədilən terror aktlarından sonra Fələstinin HƏMAS hərəkatının rəhbərliyinin aradan qaldırılması barədə göstəriş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrailin baş nazirinin ofisi məlumat yayıb.

“Dünən Qüds və Qəzzada törədilən terror aktlarından sonra Netanyahu bütün təhlükəsizlik strukturlarına HƏMAS rəhbərliyini məhv etməyə hazırlaşmağı əmr edib. Müdafiə naziri bu qərarı tam dəstəkləyib”, – bəyanatda deyilir.