İsrailin BMT-dəki səfiri HƏMAS liderinin telefon nömrəsini açıqlayıbbackend

İsrailin BMT-dəki səfiri HƏMAS liderinin telefon nömrəsini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrailin BMT-dəki səfiri Qilad Erdan özünün Tvitter səhifəsində təşkilatın iclasında nümayişkaranə şəkildə HƏMAS radikal hərəkatının mərkəzi ofisinin telefon nömrəsi olan plakat qaldırdığı video yayıb. 

“Atəşkəs üçün zəng edin: +970599373765. HƏMAS lideri Yəhya Sinvarın üzünü göstərən qaldırılmış plakatda “Yəhya Sinvardan soruşun”,- deyə yazılıb.

Bundan əlavə, BMT Baş Assambleyası dekabrın 12-də Misir və Mavritaniyanın Qəzza zolağında dərhal atəşkəs tələb edən qətnaməsinə səs verib.

BMT Baş Assambleyasında Qəzzada atəşkəslə bağlı qətnamənin lehinə 153 ölkə səs verib, 10 ölkə əleyhinə, 23 ölkə isə bitərəf qalıb. Qətnaməyə ABŞ, İsrail, Çexiya, Avstriya, Qvatemala, Liberiya, Mikroneziya, Nauru, Paraqvay və Papua-Yeni Qvineya qarşı çıxıb.