İsrailin BMT obyektlərinə hücumu nəticəsində azı 191 nəfər ölübbackend

İsrailin BMT obyektlərinə hücumu nəticəsində azı 191 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrail qüvvələrinin blokada altındakı Qəzza zolağında BMT obyektlərinə qarşı hücumları nəticəsində ən azı 191 nəfərin həyatını itirdiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, İsrail qüvvələrinin blokada altındakı Qəzza zolağına hücumları oktyabrın 7-dən bəri fasiləsiz olaraq davam edir.

Mülki əhalinin cəmləşdiyi yerləri, xüsusilə xəstəxanaları, məktəbləri, bazarları, qaçqın düşərgələrini, kilsələri və məscidləri hədəfə alan İsrail ordusu on minlərlə günahsız dinc sakini qətlə yetirib. Həmas ilə İsrail hökuməti arasında girovların dəyişdirilməsi ilə bağlı razılıq əldə olunsa da, İsrailin baş naziri Binyamin Netanyahu hadisənin ardından açıqlama verərək atəşkəs olsa belə hücumların davam edəcəyini açıqlayıb. 

Birləşmiş Millətlər Təşkilatından verilən açıqlamada, hücumların başladığı gündən bu yana BMT obyektlərinin bombardmanları nəticəsində ən az 191 nəfərin həyatını itirdiyi bildirilib.