İsrailin bu hücumu fəlakətə səbəb olacaq – BMTbackend

İsrailin bu hücumu fəlakətə səbəb olacaq – BMT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Rəfahdakı hərbi əməliyyatı həyata keçirilərsə, bu, fəlakətli nəticələrə gətirib çıxaracaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş bildirib.

“Rəfaha hərbi hücum dözülməz eskalasiyaya, minlərlə dinc sakinin ölümünə və yüz minlərlə insanın Rəfahı tərk etməsinə səbəb ola bilər. Mən İsrailə təsiri olan hər kəsi bunun baş verməməsi üçün mümkün olan hər şeyi etməyə çağırıram”, – deyə Quterreş vurğulayıb.