İsrailin Dohada HƏMAS siyasi büro üzvlərinə qarşı həyata keçirdiyi hücumda təxminən 15 hərbi təyyarə iştirak edib və onlardan 10-dan çox sursat atılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrail ordusunun “Qalei Tsahal” adlı hərbi radiostansiyası məlumat yayıb.
“Hücumda təxminən 15 döyüş təyyarəsi iştirak edib. 10-dan çox sursat bir neçə saniyəlik fasilələrlə hədəfi vurub”, – məlumatda bildirilir.
Radiostansiyanın məlumatına görə, hücumun hədəfi yalnız bir obyekt olub. Bundan başqa, əməliyyat zamanı İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri havada yanacaqla təmin edilib.