Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibi Əhməd Abul Qeyt İsrailin Qətərin paytaxtı Dohadakı yaşayış evlərinə zərbələr endirməsini kəskin şəkildə pisləyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ƏDL-in bəyanatında qeyd olunub.
“ƏDL-in baş katibi Əhməd Abul Qeyt İsrailin Dohada – Qətərin paytaxtında mülki yaşayış evlərinə hücumunu və bunun məsuliyyətini öz üzərinə götürməsini qətiyyətlə pisləyib”, – bəyanatda bildirilir.
Həmçinin bəyanatda vurğulanır ki, İsrailin bu zərbəsi Qətərin suverenliyinin pozulması deməkdir.