İsrailin Dohaya hücumu Nyu-Yorku da hərəkətə gətirdibackend

İsrailin Dohaya hücumu Nyu-Yorku da hərəkətə gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nyu-York polisi Dohaya edilən İsrail hücumundan sonra şəhərdəki diplomatik, mədəni və dini obyektlərdə təhlükəsizlik tədbirlərini artırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının nümayəndələri sosial şəbəkə X-də yayımlanan rəsmi açıqlamada bildiriblər.

Polis rəsmilərinin sözlərinə görə, əlavə resurslar profilaktik tədbir kimi əsas obyektlərə yönləndirilib. Hüquq-mühafizə orqanları federal tərəfdaşlarla koordinasiyada fəaliyyət göstərir və vəziyyəti izləməkdə davam edir.

“Biz Qətərdəki hadisələri diqqətlə izləyirik. Ehtiyat tədbiri olaraq Nyu-Yorkdakı dini, mədəni və diplomatik obyektlərə əlavə resurslar yönləndiririk”, – deyə polis açıqlamasında vurğulanıb.