İsrailin gələcəyi təhlükə altındadır – Baş nazirbackend

İsrailin gələcəyi təhlükə altındadır – Baş nazir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsrailin gələcəyi təhlükə altındadır”.

NOCOMMENT.az xəbər verir ki, bunu İsrailin Baş naziri Naftali Bennett “Twitter” hesabında bildirib.

“Xilasetmə hökumətinin formalaşdırılması məsuliyyətini öz üzərimə götürmək mənim üçün çətin seçim idi, lakin ölkənin gələcəyi təhlükə altındadır və biz xalqımızın birliyini qorumaq üçün mübarizə aparmalıyıq. Bizim başqa dövlətimiz yoxdur”, – deyə Baş nazir vurğulayıb.

Mövcud hökumətin müxtəlif sahələrdə, o cümlədən COVID-19 pandemiyası, işsizlik və zorakılığa qarşı mübarizədə uğur qazandığını söyləyən Bennet hökumətin keçən il iqtisadiyyatı 8 faiz böyütdüyünü, ərəb cəmiyyətində qətllərin sayının 30 faiz azaldığını diqqətə çatdırıb.