Ukrayna 9 sentyabrda Qətərin paytaxtı Dohada Fələstin hərəkatı HƏMAS nümayəndələrinə qarşı İsrail Silahlı Qüvvələrinin endirdiyi zərbəni beynəlxalq hüququn pozuntusu hesab edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin Telegram kanalında yayılan bəyanatda bildirilir.
“Qəzza sektorunda münaqişənin həlli ilə bağlı sülh danışıqlarında vasitəçi kimi çıxış edən bir dövlətin ərazisinə zərbə endirilməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və bölgədə gərginliyin azaldılması üçün beynəlxalq ictimaiyyətin səylərinə ziddir”, – bəyanatda qeyd olunur.