İsrailin hərbi kabineti hökumətə Qəzza razılaşmasını təsdiq etməyi tövsiyə edibbackend

İsrailin hərbi kabineti hökumətə Qəzza razılaşmasını təsdiq etməyi tövsiyə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail hökuməti Qəzza zolağında təklif olunan atəşkəs və orada saxlanılan girovların azad edilməsini təsdiqləməlidir.

NOCOMMENT.az xəbər verir ki, bu qərar ölkənin hərbi-siyasi kabinetinin əsas nazirlərin iştirakı ilə keçirilən iclasından sonra qəbul edilib.

“Bütün aspektləri – siyasi, təhlükəsizlik və humanitar aspektləri araşdırdıqdan sonra və təklif olunan sazişin müharibə məqsədlərinə nail olunmasına töhfə verdiyini başa düşərək, Milli Təhlükəsizlik Nazirləri Komissiyası (Hərbi-Siyasi Nazirlər Kabineti) hökumətə təklif olunan planı təsdiq etməyi tövsiyə etdi”. Bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi bildirib.

Ofis əlavə edib ki, Qəzza razılaşmasının yekunlaşacağı hökumət iclası “günorta saatlarında çağırılacaq”.