Oktyabrın 7-dən bəri İsrail ordusunun blokadada olan Qəzza zolağına həyata keçirdiyi hücumlarda əksəriyyəti şagirdlər olmaqla 5 mindən çox uşağın öldüyünü açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, Fələstin Təhsil Nazirliyi “20 Noyabr Ümumdünya Uşaq Hüquqları Günü” münasibəti ilə yazılı açıqlama verib.
İşğal altındakı İordan çayının qərb sahilində 23 tələbənin həyatını itirdiyi bildirilən bəyanatda İsrail tərəfindən öldürülən insanlarla bağlı hər rəqəmin arxasında bir hekayə, bir arzu və bir ümid olduğuna diqqət çəkilib.
Bəyanatda, uşaq və təhsil hüquqlarını müdafiə edən bütün qurum və təşkilatlara “öz yurisdiksiyaları daxilində öhdəliklərini götürməyə, artan pozuntu və cinayətlərə son qoymağa” çağırış edilib.
Dünya ölkələrindən və qurumlarından “Fələstinli uşaqların və tələbələrin həyat və təhsil hüquqlarını qorumaq, İsrailin, ordunun və yəhudi köçkünlərinin zülmkar tətbiqlərinə qarşı çıxmaq” tələb edilib.