İsrailin hücumlarında həyatını itirənlərin sayı 20 mini keçdibackend

İsrailin hücumlarında həyatını itirənlərin sayı 20 mini keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 20 mini keçib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Qəzza hökuməti məlumat yayıb.

Açıqlamada, İsrailin oktyabrın 7-dən bu yana Qəzzaya təşkil etdiyi hücumlarda həlak olan fələstinlilərin sayının 20 mini keçdiyi, onlardan ən azı 8 mini uşaq, 6 min 200 nəfərinin qadın olduğu bildirilib.

Açıqlamada, hücumlarda dağılan binaların dağıntıları altında qalan itkinlərin sayının 6 min 700 olduğu, onların 70 faizinin qadın və uşaqların olduğu vurğulanıb.

Açıqlamada İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda yaralananların sayının 52 min 600-ü keçdiyi bildirilib.