İsrailin hücumu ABŞ səfirliyini hərəkətə gətirdibackend

İsrailin hücumu ABŞ səfirliyini hərəkətə gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Qətərdəki səfirliyi İsrail Müdafiə Ordusunun (Tsahal) Dohaya raket zərbələri endirməsi barədə məlumat aldığını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik sosial şəbəkə X-də paylaşım edib.

Bəyanatda qeyd olunub ki, baş verənlər fonunda ABŞ səfirliyi Qətərdəki obyektləri üçün özünütəcrid rejimi tətbiq edib.

“Səfirlik ABŞ vətəndaşlarına özünütəcrid rejiminə riayət etməyi və sosial şəbəkələrdə yenilənmələri izləməyi tövsiyə edir”, – diplomatik nümayəndəlik əlavə edib.