İsrailin hücumu nəticəsində Suriyada SEPAH-ın müşaviri öldürülübbackend

İsrailin hücumu nəticəsində Suriyada SEPAH-ın müşaviri öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) müşaviri İsrailin hücumu nəticəsində Suriyada öldürülüb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

İsrailin Dəməşq ətrafına hücumu nəticəsində SEPAH-ın Suriyadakı baş müşavirlərindən biri Seyidrazi Musəvi bir neçə saat əvvəl öldürülüb.

Qeyd edilib ki, Seyidrazi Musəvi SEPAH-ın Suriyadakı ən yaşlı müşavirlərindən idi və Qasım Süleymaninin yoldaşlarından biri olub.