İsrailin İran konsulluğuna hücumu – BMT iclas keçirəcəkbackend

İsrailin İran konsulluğuna hücumu – BMT iclas keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün BMT Təhlükəsizlik Şurası İsrailin İran konsulluğuna endirdiyi zərbə ilə əlaqədar iclas keçirəcək”.

NOCOMMENT.az xəbər verir ki, Rusiyanın təşkilatdakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski belə deyib. Bildirib ki, iranlıların məktubu əsasında BMT-dən açıq iclas tələb edilib.

İranın daimi nümayəndəliyi konsulluğa hücumu “qorxaq terror aktı” və BMT Nizamnaməsinin kobud şəkildə pozulması adlandırıb.

Qeyd edək ki, ötən gün İsrail Hərbi Hava Qüvvələri İran səfirliyinin də olduğu Dəməşqin Mezze məhəlləsini vurub. Hadisə nəticəsində 11 nəfər ölüb.