İsrailin İranı vurmasına dünya liderlərinin reaksiyasıbackend

İsrailin İranı vurmasına dünya liderlərinin reaksiyası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, 26 oktyabra keçən gecə İsrail İrana hava zərbəsi endirib.

NOCOMMENT.az xəbər verir ki, bəzi ölkələr artıq bu hücuma münasibətlərini ifadə ediblər.

Səudiyyə Ərəbistanı hücumu pisləyib, bu əməliyyatı “suverenliyin və beynəlxalq qanunların pozulması” kimi qiymətləndirərək, bütün tərəfləri maksimum təmkinli olmağa və bölgədəki münaqişəni genişləndirməməyə çağırıb.

Böyük Britaniyanın Baş naziri Keyr Starmer bildirib ki, İran İsrailin hücumlarına cavab verməməlidir: “İsrail İranın təcavüzünə qarşı özünü müdafiə etmək hüququna malikdir. Bununla belə, biz regional gərginliyin daha da artmasına yol verməməliyik və bütün tərəfləri təmkinli olmağa çağırmalıyıq. İran bu hücuma cavab verməməlidir”.

Birləşmiş Ərəb Əmirlikləri hücumu pisləyib və İsrailin İrandakı hərbi obyektlərə hava zərbələri endirməsindən sonra gərginliyin qarşısını almaq üçün “maksimum təmkin” nümayiş etdirməyin vacibliyini vurğulayıb.

Pakistan XİN-in bəyanatında deyilir: “Pakistan İsrailin İran İslam Respublikasına qarşı zərbələrini qətiyyətlə pisləyir. Bu zərbələr regional sülh və sabitliyə gedən yolu pozur və həmçinin onsuz da qeyri-sabit olan regionda təhlükəli eskalasiya yaradır. İsrail münaqişənin gərginləşməsi və genişlənməsinin hazırkı dövrü üçün tam məsuliyyət daşıyır. Biz BMT Təhlükəsizlik Şurasını beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında öz rolunu oynamağa və İsrailin bu sahədəki cinayətkar davranışına son qoymaq üçün təcili addımlar atmağa çağırırıq”.

İraq XİN bildirib ki, İsrail təcavüzkar siyasətini və regionda münaqişəni genişləndirməkdə davam edir: “İraq Qəzza və Livanda atəşkəs, regionda sabitliyi dəstəkləmək üçün hərtərəfli regional və beynəlxalq səylər tələb edən qəti mövqeyini təkrarlayır”.

Qeyd edək ki, ABŞ bu hücumları “İsrailin özünümüdafiə haqqı” kimi qiymətləndirmiş və Təl-Əvivin yanında olduğunu açıqlamışdı.