İsrailin keçmiş baş naziri HƏMAS ilə atəşkəs zamanı Netanyahunu devirməyə çağırıbbackend

İsrailin keçmiş baş naziri HƏMAS ilə atəşkəs zamanı Netanyahunu devirməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, İsrailin keçmiş baş naziri Ehud Olmert HƏMAS ilə barışıq zamanı ölkə əhalisini Benyamin Netanyahunu devirməyə çağırıb. O, bu barədə Sky News telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, insanlar İsrailin hazırkı Baş nazirinə “dözə bilmirlər”. Olmert hesab edir ki, Netanyahu administrasiyası hətta Qəzza zolağında apardığı müharibənin ortasında belə uzaqlaşdırılmalıdır.

Siyasətçinin sözlərinə görə, cəmiyyətdə yığılan qəzəbin miqdarı “sadəcə inanılmazdır”.

“Bu gün getməlidir, bu dəqiqə getməlidir. O, nəyin bahasına olursa-olsun, atılmalıdır”, – deyə keçmiş baş nazir bildirib.