İsrail Müdafiə Qüvvələrinin (IDF) Livana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 3 mini keçib.
NOCOMMENT.az xəbər verir ki, RİA Novosti bu barədə Livan Səhiyyə Nazirliyi yanında Fövqəladə Hallar Mərkəzinin bəyanatına istinadən məlumat yayıb.
“İsrailin Livana təcavüzü başlayandan bəri ölənlərin sayı 3002-yə çatıb”, – bəyanatda deyilir.
Bundan əlavə, 13 492 mülki şəxs yaralanıb.