İsrailin Livana hücumu zamanı ana və oğul həlak oldubackend

İsrailin Livana hücumu zamanı ana və oğul həlak oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusunun Livanın cənubunda həyata keçirdiyi hücumda 2 nəfər ölüb.

NOCOMMENT.az xəbər verir ki, NNA rəsmi agentliyinin xəbərinə görə, İsrail qüvvələr Livanın cənubundakı Hula qəsəbəsində bir evə hava hücumu həyata keçirib.

Hücum zamanı Nasife Mazrani və oğlu Məhəmmədin həyatını itirdiyi qeyd edilib.

Oktyabrın 8-dən İsrailin Livana hücumlarında həlak olan mülki vətəndaşların sayı 3-ü jurnalist, 3-ü uşaq olmaqla 22-yə yüksəlib.