İsrail ordusunun Livanın cənubuna endirdiyi hava hücumunda bəzi mülki vətəndaşlar yaralanıb. Hizbullah da İsrailin 4 hərbi nöqtəsini hədəf alıb.
NOCOMMENT.az “NNA” agentliyinə istinadla xəbər verir ki, İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) Livanın sərhəd bölgəsində yerləşən Yarin qəsəbəsində bir evə hava hücumu həyata keçirib.
İHA-nın hücumu nəticəsində bəzi mülki vətəndaşların yaralandığı bildirilsə də, ətraflı məlumat verilməyib.
NNA-nın başqa bir xəbərində İsrail artilleriya birləşmələrinin Livanın Mercayun bölgəsinin düzənliyini, Həmamis təpəsini, əl-Hiyam qəsəbəsi ətrafını, Şahin şəhər mərkəzini, Merkaba və Teyr Harfa qəsəbələrinin ətrafını bombaladığı bildirilib.