İsrailin mərkəzində yenidən hava hücumu xəbərdarlığı səslənibbackend

İsrailin mərkəzində yenidən hava hücumu xəbərdarlığı səslənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrailin mərkəzində gün ərzində ikinci dəfə hava hücumu sirenləri səslənib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) Telegram kanalı məlumat yayıb.

“İsrailin mərkəzi hissəsində sirenlər səsləndi”, – nəşr yazır.

Bundan əvvəl İsrailin Qəzza zolağı ilə sərhəddə yerləşən Kibbutz Kissufim məntəqəsində siren səsləri bildirilirdi.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda Israilin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gun ölkədə fövqəladə vəziyyət elan edib. Israilin Bas naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.