İsrailin müdafiə naziri ABŞ-yə səfər edəcəkbackend

İsrailin müdafiə naziri ABŞ-yə səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin müdafiə naziri Vaşinqtona səfər edəcəyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bunun vacibliyini vurğulayan nazir bildirib ki, ziyarətinin əsas məqsədləri İsrailin hərbi üstünlüyünün qorunması və Birləşmiş Ştatlarla münasibətlərdir:

“Bu vacib bir səyahətdir. Bu, ilk növbədə İsrailin hərbi üstünlüyünü və hava hücumundan müdafiə sistemləri, döyüş sursatları əldə etmək qabiliyyətini qorumaq məqsədi daşıyır. Səfərin mühüm məqsədlərindən biri də BŞ ilə münasibətlər, eyni zamanda Qəzzadakı hədəflərə – HƏMAS-ı məğlub etmək, girovları geri qaytarmaq və İsrailin həm Qəzzada, həm də Livan qarşısında təhlükəsizliyini təmin etməyin zəruriliyi daxildir”.

Səfər çərçivəsində Qallantın dövlət katibi Entoni Blinken, Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan və hərbi departament rəsmiləri ilə görüşləri planlaşdırılır.