İsrailin müdafiə naziri husilərin liderini öldürməklə hədələyibbackend

İsrailin müdafiə naziri husilərin liderini öldürməklə hədələyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatının hücumlarına cavab olaraq zərbələr endirməyə davam edəcək və hərəkatın lideri Əbdülməlik əl-Husini məhv etməyə hazırdır.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.

“Dediyimiz kimi, husilər İsrailə raket atmağa davam etsələr, ağır zərbələr alacaqlar. Qəzzada əl-Deyfi və Sinvarı, Beyrutda Nəsrullahı və Tehranda Həniyəni vurduğumuz kimi terrora rəhbərlik edənləri də vuracağıq. Yəməndə də Əbdülməlik əl-Husini ovlayacaq və məhv edəcəyik. Biz özümüzü istənilən hücuma qarşı müdafiə edəcəyik.”, – o bildirib.