İsrailin müdafiə naziri ilə Pentaqonda GÖRÜŞbackend

İsrailin müdafiə naziri ilə Pentaqonda GÖRÜŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pentaqon rəhbəti Lloyd Ostin gələn həftə İsrail-Həmas müharibəsi və bölgədəki təhlükəsizlik məsələlərini müzakirə etmək üçün İsrailin müdafiə naziri Yoav Qallant ilə Pentaqonda görüş keçirəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq məlumat verib:

“Pentaqon rəhbəti və İsrail müdafiə naziri HƏMAS qruplaşmasının saxladığı bütün girovların azad edilməsi, mülki şəxslər üçün humanitar yardımın artırılması və Rəfahda sığınan bir milyondan çox insanın təhlükəsizliyini təmin etmək planları da daxil olmaqla bir sıra mövzuları müzakirə edəcəklər”.

Qeyd edək ki, bu, müdafiə nazirləri arasında müharibə başlayandan bəri ilk üz-üzə görüş olacaq.