NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrailin müdafiə naziri Yoav Qallant ABŞ dövlət katibi Entoni Blinkenə Qəzza zolağında atəşkəs şərtini bildirib. Bu barədə “Haaretz” qəzeti məlumat yayıb.
Nazirin sözlərinə görə, girovlar qaytarılana qədər Qəzza zolağında atəşkəs olmayacaq.
Bundan əvvəl Fələstinin HƏMAS radikal hərəkatının İsrail tərəfi ilə əsir mübadiləsi məsələsində güzəştə getməyə hazır olduğu bildirilirdi.
Oktyabrın 7-də Qəzza zolağından minlərlə Həmas yaraqlısının İsrailə sızmasından sonra Yaxın Şərqdə vəziyyət pisləşib. İki yüzdən çox girov əsir götürüldü.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri Itamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində oldugunu bəyan edib.