İsrailin nümayəndəsi HƏMAS-la danışıqlara getdibackend

İsrailin nümayəndəsi HƏMAS-la danışıqlara getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yüksək səviyyəli İsrail nümayəndə heyəti HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqlar aparmaq üçün yanvarın 8-i axşam Qahirəyə gedib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Al-Araby Al-Jadid” qəzeti misirli mənbəyə istinadən yazıb.

Qeyd edək ki, girovların azad olunması ilə bağlı danışıqlar HƏMAS-ın siyasi qanadının rəhbərinin müavini Saleh əl-Arurinin bir həftə əvvəl Beyrutda öldürülməsindən sonra dayandırılmışdı.

Xatırladaq ki, oktyabrın 7-də HAMAS İsrailin cənubuna gözlənilməz hücum edərək 1200-dən çox israillini qətlə yetirib, 240-dan çox israillini girov götürüb. Girov götürülənlərin əksəriyyəti mülki şəxslərdir. Qətərin vasitəçiliyi danışıqlar nəticəsində girovların bir qismi sərbəst buraxılsa da hələ də Qəzzada girov saxlanılanlar var.