İsrailin Qəzza zolağında məktəbə hücumu: 20 ölübackend

İsrailin Qəzza zolağında məktəbə hücumu: 20 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Qəzza zolağına oktyabrın 7-də başlayan hücumlarını davam etdirir .

NOCOMMENT.az xəbər verir ki, mülki yaşayış məntəqələri, xəstəxanalar və məktəblər də daxil olmaqla bir çox yerə zərbələr endirən İsrail ordusu heç bir fərq qoymadan mülki insanları hədəfə alır.

Şifa Xəstəxanasının direktoru Məhəmməd Əbu Səlmiyə bu gün İsrailin Qəzza zolağındakı Əl-Buraq məktəbini hədəf aldığını açıqlayıb.

Minlərlə mülki vətəndaşın sığındığı məktəbə hücumda ən az 20 nəfərin həyatını itirdiyini bildirən hökümət rəsmisi onlarla yaralının olduğunu bildirib.