İsrailin Qəzzada həlak olan hərbçilərinin sayı 239-a çatıbbackend

İsrailin Qəzzada həlak olan hərbçilərinin sayı 239-a çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu Qəzzanın cənubunda döyüşlərdə daha bir əsgərini itirib, bir zabit və iki əsgər isə yaralanıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki,bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bununla da İsrail ordusunun Qəzza zolağında yerüstü hərbi əməliyyatlara başladığı gündən indiyə qədər həlak olan hərbçilərinin sayı 239-a çatıb.

Xatırladaq ki, ötən ilin 7 oktyabrında HAMAS İsrailin cənubuna hücum edib və bu hücum nəticəsində 1200-dən çox israilli qətlə yetirilib.

İsrail rəsmiləri bildirib ki, öldürülənlərin əksəriyyəti mülki şəxslərdir. HAMAS həmin hücumda 240-dan çox israillini girov götürüb.

İsrail hökuməti bu gözlənilməz hücuma cavab olaraq ölkədə müharibə vəziyyəti elan edib və Qəzzada HAMAS-a qarşı “Dəmir Qılınclar” əməliyyatına başlayıb, anklava hava zərbələri endirib.

24 oktyabrdan etibarən İsrail Qəzzada yerüstü hərbi əməliyyatlara başlayıb.