İsrailin Qəzzada keçirdiyi əməliyyatda yüksək vəzifəli əsgərlər həlak oldularbackend

İsrailin Qəzzada keçirdiyi əməliyyatda yüksək vəzifəli əsgərlər həlak oldular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu Qəzza zolağında həyata keçirilən quru əməliyyatında bir polkovnik və polkovnik-leytenant olmaqla daha 10 əsgərin öldüyünü açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrindən (MSQ) açıqlama verilib.

İsrail əsgərlərinin bölgəyə daxil olmasından sonra Qəzza şəhərinin şərqindəki Şucaiyye rayonunda baş verən ən şiddətli qarşıdurmalardan birinin 9 əsgərin həlak olduğu bildirilib. Qəzzanın şimalında baş verən ayrı bir qarşıdurmada 1 əsgərin öldüyü bildirilib.

Belə ki, İsrailin quru əməliyyatında şəhid olan əsgərlərin sayının 105-ə yüksəldiyi bildirilib. Şucaiyyedəki qarşıdurmalarda həlak olanlar arasında Qolani Briqadasının irəli bazasının rəisi polkovnik İtzhak Ben Basat və Golani Briqadasının 13-cü Batalyonunun komandiri podpolkovnik Tomer Qrinberqin də olduğu vurğulanıb.