“İsrailin Qəzzanı işğal etmək planları müharibə cinayətidir”backend

“İsrailin Qəzzanı işğal etmək planları müharibə cinayətidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstinin HƏMAS radikal hərəkatı bildirib ki, İsrailin Qəzzanı işğal etmək planları müharibə cinayətidir.

NOCOMMENT.az bildirir ki, bu barədə TASS xəbər verir.

“Biz bəyan edirik ki, İsrail Nazirlər Kabinetinin Qəzza şəhərinin işğalı və bütün əhalisinin təxliyəsi ilə bağlı təsdiqlədiyi planlar tamhüquqlu hərbi cinayətdir”, – hərəkatın bəyanatında deyilir.

Həmas həmçinin BMT, Beynəlxalq Ədalət Məhkəməsi və Beynəlxalq Cinayət Məhkəməsini planı dayandırmaq üçün təcili tədbirlər görməyə, eyni zamanda İsrail liderlərinin məsuliyyətə cəlb olunmasını tələb edib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahunun HƏMAS radikal qruplaşmasına yeni ultimatum verməyi planlaşdırdıqları barədə məlumat yayılmışdı. Vaşinqton və Təl-Əvivin mərhələli birdəfəlik sövdələşmələr əvəzinə qrupdan hərtərəfli razılığa nail olmaq niyyətində olduğu vurğulanıb.