İsrailin Qəzzaya hücumları nəticəsində 15 bina dağıdılıbbackend

İsrailin Qəzzaya hücumları nəticəsində 15 bina dağıdılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çərşənbə axşamı günündən bəri İsrailin mühasirədə olan Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində 15-ə yaxın bina dağıdılıb.

NOCOMMENT.az xəbər verir ki, Qəzzadakı Hökumət İnformasiya İdarəsinin rəhbəri Salame Maruf Qəzzadakı Şəfa Xəstəxanasında mətbuat konfransı keçirib.

“İndiyədək işğalçı qüvvələr 15 binanı dağıdıb. Ümumilikdə 51 ev tamamilə dağılıb, 940 evə ziyan dəyib, onlardan 49-u yaşayış üçün yararsız hala düşüb”, – Maruf bildirib.

NOCOMMENT.AZ