İsrailin Qəzzaya hücumu başladıbackend

İsrailin Qəzzaya hücumu başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Quru Qoşunları Hərbi Hava Qüvvələrin iştirakı ilə Qəzza zolağında antiterror əməliyyatına başlayıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

İsrailin baş naziri Binyamin Netanyahu Qəzza zolağındakı əməliyyatın lazım olduğu qədər davam edəcəyini bildirib: “Dedim ki, HƏMAS hərəkatının və “İslam cihadı”nın tərəfdarları etdiklərinə görə cavab verəcəklər. Biz əməliyyatları intensiv şəkildə davam etdirəcəyik. Son söz deyilməyib və bu əməliyyat nə qədər istəsək, o qədər davam edəcək”.

Qeyd edək ki, HƏMAS-ın silahlı qanadı “İzzəddin al-KassaBim briqadaları” İsrailin Təl-Əviv şəhərinə və onun ətrafına tərəf 140 raket buraxdığını elan edib.