İsrailin Rəfah ƏMƏLİYYATI – Ölənlərin sayı artıbbackend

İsrailin Rəfah ƏMƏLİYYATI – Ölənlərin sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusunun Qəzza zolağının cənubuna endirdiyi zərbə nəticəsində ölənlərin sayı 20 nəfəri keçib.

NOCOMMENT.az Braziliyada daşqınlar həyatı iflic edibxəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb. Bildirilib ki, İsrail Müdafiə Qüvvələri Rəfah şəhərinin mərkəzi və şərq rayonlarında 11 yaşayış binasını vurub. Ölənlər arasında uşaqlar da var.

Qeyd edək ki, İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb. Şəhər sakinləri və köçkünlər təxliyə edilir. Onlar Mauasi humanitar zonasında salınan müvəqqəti düşərgələrə yerləşdirilir.

Əməliyyatın azı altı həftə davam edəcəyi gözlənilir. BMT-nin məlumatına görə, Rəfahda 1 milyon 400 min nəfər yaşayıb.