İsrailin Rəfaha hücumu qəbuledilməzdirbackend

İsrailin Rəfaha hücumu qəbuledilməzdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsrailin Rəfaha hücumu qəbuledilməzdir”.

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

O, bildirib ki, ABŞ rəsmiləri ilə İsrailli həmkarları arasında görüşün baş tutması vacibdir:

“Bu görüşün baş tutmasının vacib olduğunu düşünürük. Hesab edirik ki, İsrailin Rəfahla bağlı həyata keçirmək istədiyi plan, səhv olacaq, oradakı mülki əhaliyə böyük, dəhşətli təsir göstərəcək və İsrailin təhlükəsizliyini zəiflədəcək. Biz daha yaxşı bir yol olduğunu düşünürük, İsrailə daha yaxşı alternativi təqdim etmək fürsətinə sahib olmaq istəyirik. Rəfahda tam miqyaslı hərbi əməliyyat keçirmək səhv olardı. Bu, bizim dəstəkləyə biləcəyimiz bir hal deyil. İsrail hökumətinin məskunlaşma proqramı beynəlxalq hüquqa ziddir”.

Millerin sözlərinə görə, İsrailin məskunlaşma ilə bağlı planı da doğru deyil.