İsrailin Rusiyadakı səfirliyi Dağıstanda törədilən terror aktlarını pisləyibbackend

İsrailin Rusiyadakı səfirliyi Dağıstanda törədilən terror aktlarını pisləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Rusiya Federasiyasındakı səfirliyi Dağıstanda törədilən terror aktlarını pisləyərək, günahkarların qanun çərçivəsində tam şəkildə cəzalandırılacağına ümid etdiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrail diplomatik missiyasının Telegram-kanalında yaydığı məlumatda deyilir.

“İndi dinc əhali üçün qlobal təhlükə yaradan İslam terrorizmi və ekstremizminə qarşı beynəlxalq ictimaiyyətin birləşməsi həmişəkindən daha vacibdir”, – məlumatda bildirilir.

Diplomatik nümayəndəlik başsağlığı verib və yaralıların tezliklə sağalmasını arzulayıb.