İsrailin Suriyaya hücum təşkil etdiyi iddia edilibbackend

İsrailin Suriyaya hücum təşkil etdiyi iddia edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəşər Əsəd rejimi İsrailin Suriyanın mərkəzində yerləşən Homs vilayətinə hücum etdiyini iddia edib.

NOCOMMENT.az xəbər verir ki, Suriyanın SANA xəbər agentliyinin hərbi mənbəyə əsaslanaraq verdiyi xəbərə görə, Hums şəhərinin bəzi nöqtələri İsrail qüvvələrinin hava hücumlarına məruz qalıb.

Xəbərdə qeyd olunub ki, Suriyanın hava müdafiə sistemləri raketlərin bəzilərinin qarşısını alıb. Hücum nəticəsində bir neçə mülki şəxs həlak olub. Xəsarət alanlar var. Hücumla bağlı İsrail tərəfindən heç bir açıqlama verilməyib.

Qeyd edək ki, İsrail 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Suriyada İranın dəstəklədiyi qruplara və Suriya ordusuna aid hərbi məntəqələrə vaxtaşırı hücumlar təşkil edir.