İsrailin Suriyaya zərbə endirməsinin mümkün hədəfinin adı açıqlanıbbackend

İsrailin Suriyaya zərbə endirməsinin mümkün hədəfinin adı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Suriya ərazisinə mümkün raket zərbəsi zamanı İranın bu ölkədəki obyektləri, o cümlədən raket istehsalı bazası vurula bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Nəşr izah edib ki, Həmanın qərbində yerləşən Masyaf bölgəsi İran qüvvələri və iranpərəst silahlı qruplaşmalar üçün baza kimi istifadə olunur.

“Son illərdə o, dəfələrlə İsrailə aid edilən hücumların hədəfinə çevrilib”, – nəşrin jurnalistləri qeyd edirlər.

Məqalədə xatırladılıb ki, məhz burada SSRC kimi tanınan Elmi Tədqiqat və İnkişaf Mərkəzi yerləşir. İsrailin iddiasına görə, bu obyekt İran qüvvələri tərəfindən dəqiq idarə olunan yer-yer raketləri istehsal etmək üçün istifadə olunur.