İsrailin təhlükəsizlik naziri atəşkəsə görə istefa verib, partiyası hakim koalisiyadan çıxıbbackend

İsrailin təhlükəsizlik naziri atəşkəsə görə istefa verib, partiyası hakim koalisiyadan çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və Otzma Yehudit Partiyasının üzvləri Qəzzada atəşkəs razılaşmasına görə hakim koalisiyadan istefa veriblər.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Otzma Yehudit Partiyası bəyanat yayıb.

Qeyd edək ki, Ben-Qvir daha əvvəl razılaşmanı HAMAS-a təslim olmaq kimi qiymətləndirərək tənqid edib və təsdiqlənəcəyi təqdirdə istefa verəcəyini bildirmişdi.

Partiyanın bəyanatında qeyd edilib ki, HƏMAS-la razılaşma İsrail Ordusunun müharibədə çətinliklə əldə etdiyi nailiyyətləri yox edir, Qəzzadan çəkilməyi nəzərdə tutur və döyüşləri HƏMAS-a təslim olmaq kimi başa çatdırır.