İsrailin Türkiyədəki səfiri kimdir? – DOSYE (FOTO)backend

İsrailin Türkiyədəki səfiri kimdir? – DOSYE (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bu gün İsrail Türkiyəyə yeni səfir təyin edib. Bu vəzifəyə İrit Lilian təyinat alıb.

NOCOMMENT.az -ın Modern.az-a istinadən məlumatına görə, xanım səfir bu təyinata qədər İsrailin Türkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili olub.

İrit Lillian 1962-ci ildə İsrailin Rehovot şəhərində anadan olub. O, Tel-Əviv Universitetində bakalavr dərəcəsi alıb. Daha sonra Şərq və Qərbşünaslıq üzrə magistr dərəcəsinə yiyələnib.

Hərbi xidmət keçən Lillian 1986-cı ildən İsrail Xarici İşlər Nazirliyində diplomatik fəaliyyətə başlayıb. 2007-ci ildə İsrailin Avstraliyadakı səfiri Naftali Tamirin geri çağırılmasından sonra onun səlahiyyətlərini icra edib. Lillian bu vəzifədə cəmi bir neçə ay çalışıb. Daha sonra 2015-ci ildən 2019-cu ilə qədər İsrailin Bolqarıstandakı səfiri olub.

Xatırladaq ki, 2010-cu il mayın 31-də Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin “Mavi mərmərə” gəmisinə İsrail hərbçilərinin basqını iki dövlət arasında gərginliyin yaranmasına səbəb olmuşdu. Hadisə nəticəsində Türkiyənin 9 vətəndaşı israilli hərbçilər tərəfindən öldürülmüşdü. Bundan sonra iki ölkə arasında vəziyyət böhran həddinə çatmışdı. Türkiyə Təl-Əvivdəki səfirini, İsrail isə Ankaradakı səfirini geri çağırmış, iki ölkə arasında diplomatik əlaqələr kəsilmişdi.