İsrailin Türkiyəyə ehtiyacı var – Ərdoğanbackend

İsrailin Türkiyəyə ehtiyacı var – Ərdoğan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin bir sıra xarici dövlətlərlə münasibətləri düzəltməsindən danışıb.

NOCOMMENT.az xəbər verir ki, Ərdoğan Türkiyənin xarici siyasətdə atdığı uğurlu diplomatik addımlar sayəsində Rusiya ilə çətin münasibətləri uğurla idarə etdiyini və sürətlə pisləşən əlaqələrin bərpasında necə bir dəyişikliyə nail olduğunu diqqətə çatdırıb.

Prezident İsrail və Misirlə münasibətlərin də yoluna qoyulduğunu vurğulayıb:

“Çünki biz Türkiyə olaraq Misir və İsraillə münasibətlərdə bölgədə həlledici ölkəyik, ipləri tamamilə qırsaq, bizə heç nə qazandırmayacaq. Bizim yanaşmamız həmişə belədir: “İpləri qırmayacaqsan. O bağ sənə lazım ola bilər”. Bu anlayışla aramızda olan əlaqələri pozmaq istəmirik. Təbii ki, İsrailin Türkiyəyə ehtiyacı var. Amma real olmaq lazımdır, bölgədəki hadisələr, xüsusən də sülh addımları baxımından bizim də onlara ehtiyacımız var”.

Ərdoğanın sözlərinə görə, Hersoq kimi prezidentin İsrailə rəhbərlik etməsi bu münasibətlərdə sülhə doğru addımın atılmasında mühüm rol oynayıb:

“Ümid edirik ki, baş nazirlə münasibətləri daha yaxşı mövqeyə gətirəcəyik. Təbii ki, Ramazan ayında bəzi ekstremist və radikal qrupların Əl-Əqsa məscidində törətdikləri iğtişaşlar bizi ciddi şəkildə narahat etdi”.