İsrailli iş adamı: Şoka düşdüm, Dubayda otelin foyesində… – Qeyri-adibackend

İsrailli iş adamı: Şoka düşdüm, Dubayda otelin foyesində… – Qeyri-adi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ərəb Əmirlikləri ilə İsrail arasında ticarət uçuşları başlayandan təxminən bir ay sonra iki ölkə arasında oğurluq baş verib.

NOCOMMENT.az Teleqraf.com-a istinadla xəbər verir ki, Dubaya gedən israilli turistləri otel otağında əşyaları oğurlamaqda ittiham olunurlar.

Otellərdən gələn şikayətlər o həddə çatıb ki, İsrail Xarici İşlər Nazirliyi vətəndaşlarına xəbərdarlıq etməli olub.

İsrail XİN vətəndaşlara BƏƏ-yə gedərkən otellərdə davranış qaydalarını əks etdirən məktub göndərib. Ancaq yenə də oğurluqlar sona çatmayıb.

İsrailin “Yediot Aharonot” qəzetinə danışan israilli bir iş adamı bildirib ki, foyedə yola düşmək üçün gözləyən iki israillinin çantasında axtarış aparılanda çox utanıb: “Ticarət işimin bir hissəsi olaraq uzun illərdir BƏƏ-yə gedib-gəlirəm. Bəzi israilli turistlərinin davranışları məni şoka saldı. Keçən ay həmişə qaldığım otelə getdim. Foyedə baxış keçirən iki israillinin çantaları axtarıldıqda xəcalət çəkdim. İşçilər bunu otaqlardan oğurlanmış əşyaları axtarmaq üçün etmişdilər və gördüklərim məni şoka saldı. Dəsmal, elektrikli qızdırıcı oğurlamışdılar”.

Ərəbistandakı məşhur “Bürc Xəlifə” otelinin meneceri İsrail qəzetinə faktı təsdiqləyib: “Dünyanın dörd bir yanından yüzlərlə turisti salamlayırıq. Təxribat törədən və problem yaradan bir çox turistlə qarşılaşdıq. Ancaq otel otağında əşyaların oğurlanması ilə əvvəllər heç vaxt rastlaşmamışıq. Bu yaxınlarda otelə gələn israilli turistlər dəsmalları, qəhvə və çay paketlərini, pastelləri, lampaları və düşünə biləcəyiniz hər şeyi oğurlamışdılar”.

Populyar müğənni Yasmin Levi də “Diqqətli olun, Dubay, israillilər gəlir” başlığı bir qəzet məqaləsi yazaraq BƏƏ xalqını nələrə məruz qalacağı barədə xəbərdarlıq edib.

O, israilli turistlərinin otel otaqlarında dəsmal, pastel, yastıq, masa, lampa, hətta su kranları daxil gördükləri hər şeyi oğurlamaqda məşhur olduqlarını yazıb.