İsrailli nazir: “Girovların qaytarılması ən vacib məsələ deyil”backend

İsrailli nazir: “Girovların qaytarılması ən vacib məsələ deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin maliyyə naziri Bezalel Smotriç bildirib ki, Qəzza zolağından girovların qaytarılması İsrail üçün “ən vacib məsələ deyil”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

“Yox. Bu, ən vacib şey deyil”, – deyə Smotriç HƏMAS əsirliyindən girovların xilas edilməsinin İsrail üçün ən vacib məsələ olub-olmaması ilə bağlı suala cavab verib.

O, bunu rəqabətə çevirməməyə çağırıb və “bu anda niyə bu qədər vacibdir” deyə soruşub.

“Biz HƏMAS-ı məhv etməliyik. Bu, çox vacibdir”, – deyə Smotriç bildirib.