İsrailli nazirdən Azərbaycanın qərarına MÜNASİBƏTbackend

İsrailli nazirdən Azərbaycanın qərarına MÜNASİBƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin müdafiə naziri Benni Qantz Azərbaycan parlamentinin ölkənin Tel-Əviv şəhərində səfirlik açması barədə qərarına münasibət bildirib.

NOCOMMENT.az xəbər verir ki, Benni Qantzın rəsmi tviter hesabında edilən paylaşımda deyilir:

“Azərbaycan parlamentinin İsraildə səfirlik açmaq barədə qərarını alqışlayıram. Keçən ay Azərbaycana səfər etdim və Prezident İlham Əliyevlə, müdafiə naziri general-polkovnik Zakir Həsənovla və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevlə görüşdüm. Biz görüşlər zamanı bir sıra siyasi və təhlükəsizlik məsələlərini müzakirə etdik”.