İsrailli politoloq: COVAX-dakı ayrı-seçkilik iyrənclikdirbackend

İsrailli politoloq: COVAX-dakı ayrı-seçkilik iyrənclikdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“COVAX platforması üzərindən peyvənd dərmanı tədarükündə üzə çıxan ayrı-seçkilik mənə qətiyyən təəccüblü gəlmədi”.

NOCOMMENT.az xəbər verir ki, bunu “Report”a israilli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə ekspert Mixail Finkel bildirib.

Onun fikrincə, səhiyyə kimi bütün insanlar üçün mühüm məsələdə belə ayrı-seçkiliyə yol verilməsi iyrəncdir.

“İnsanların bərabərliyi, beynəlxalq hüquq, BMT Nizamnaməsi haqqında bəlağətli fikirlər, irqçilik və nasizm kimi bəlalardan guya təfəkkürcə uzaqlaşdığımıza dair mülahizələr boş sözbazlıqdan başqa bir şey deyil. Bildiyimiz kimi, əməl sözdən irəlidir. Halbuki əməldə islam qorxusunu, azərbaycanlılara, türklərə qarşı düşmənçiliyi görürük. Bunlar göz qabağındadır. Bu kimi davranışlar şəxsən məndə qəti etiraz doğurur”, – hüquqşünas deyib.

O, bu gün də dünya ölkələrinin birinci, ikinci, üçüncü səviyyəyə bölündüyünü söyləyib.

“Nə irqçilik, nə dini ayrı-seçkilik, nə də dini qərəzçilik harasa yox olub gedib. Azərbaycanı da yalnız əhalisi əsasən müsəlman olduğuna görə sevmirlər. Bunlar mənə İsrailə və yəhudilərə qarşı dünyada özünü göstərən antisemitizmi xatırladır. Bu mənada sizi çox yaxşı başa düşürük. Azərbaycana bu və ya hər hansı başqa platformadan xoş münasibət gözləmədən birbaşa İsrailə müraciət etməyi məsləhət görərdim. Bizdə “Pfizer” dərmanından çox böyük, 15-16 ölkəyə bəs edəcək ehtiyat var. Azərbaycana da İsrail həmişə kömək olub”, – M.Finkel vurğulayıb.