İşsizlikdən sığorta ödənişi elektron qaydada həyata keçiriləcəkbackend

İşsizlikdən sığorta ödənişi elektron qaydada həyata keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasda iki qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb.

NOCOMMENT-in xəbərinə görə, bunlardan biri “İşsizlikdən sığorta haqqında” qanununda dəyişiklik layihəsidir.

Layihə barədə məlumat verən komitənin sədri Tahir Mirkişili bildirib ki, hazırda işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı elektron xidmətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsi ilə həyata keçirilir.

Təklif olunan dəyişikliyə görə, sığorta ödənişinin təyinatı zamanı vətəndaş-məmur təması, habelə sığortaolunan və sığortaedən tərəfindən müxtəlif sənədlərin təqdim edilməsi zərurəti aradan qaldırılır.

Komitə sədri “Dövlət rüsumu haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini də təqdim edib. Diqqətə çatdırılıb ki, sənəd notariat xidmətlərinin göstərilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması məqsədilə hazırlanıb. Qanun layihəsində sənədlərin surətinin təsdiqi üçün rüsumun miqdarı azaldılaraq 1,5 manat müəyyən edilib. Sənəddə təklif edilir ki, layihədə göstərilən bir sıra hallarda notariat hərəkətləri ilə əlaqədar xidmətə görə haqq tutulmasın.

Komitə üzvləri “İşsizlikdən sığorta haqqında” və “Dövlət rüsumu haqqında” qanunlara təklif olunan dəyişiklikləri zəruri hesab edərək hər iki sənədi Milli Məclisin plenar iclasına tövsiyə ediblər.