İstanbul hava limanında təyyarə pişiyə görə uça bilməyibbackend

İstanbul hava limanında təyyarə pişiyə görə uça bilməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk Hava Yollarına məxsus təyyarə pişiyə görə uça bilməyib.

NOCOMMENT.az xarici KİV-ə istinadən xəbər verir ki, Afinaya uçan təyyarə İstanbul hava limanında havaya qalxmağa hazırlaşarkən qəfildən pişik kabinədə gəzməyə başlayıb. Məlum olub ki, heyvan qanunsuz təyyarədə olub, sahibi lazımi sənədləri doldurmayıb və heyvan barədə ekipajı xəbərdar etməyib.

Bildirilir ki, pişik əl yükündəki çantadan qaçaraq təyyarədə səs-küyə səbəb olub. Təyyarə uçuş-enmə zolağından aeroport terminalına qayıdıb, pişik və sahibi düşürülüb. Məlum olub ki, sahibi əvvəllər də eyni üsulla pişiyi qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edib. Aviaşirkət sərnişini qara siyahıya salmaq qərarına gəlib.