Türk Dövlətləri Əməkdaşlıq Günü münasibətilə Bosfor boğazında yerləşən 15 İyul Şəhidlər və Fatih Sultan Mehmet körpüsü Türk Dünyasının birliyini simvolizə edən Türk Dövlətləri Təşkilatının bayrağının rəngi ilə – firuzəyi rənglə işıqlandırılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Türk Dövləltəri Təşkilatının X hesabında paylaşım edilib.
Qeyd edək ki, 3 oktyabr Türk Dövlətləri Əməkdaşlıq Günü kimi qeyd olunur.