İstanbul və Kahramanmaraş şəhərlərində zəlzələ oldubackend

İstanbul və Kahramanmaraş şəhərlərində zəlzələ oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İstanbul və Kahramanmaraş şəhərlərində zəlzələ olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

İstanbulun Yalova sahillərində Mərmərə dənizində 3,5 bal gücündə zəlzələ baş verib. Zəlzələnin dərinliyi 9,71 kilometr olub. Başda İstanbul olmaqla ətraf vilayətlərdə də hiss olunan zəlzələ qısa müddətli çaxnaşma yaradıb.Kahramanmaraş şəhərində baş verən zəlzələ dörd bal gücündə olub.

Məlumata görə, 5,13 kilometr dərinlikdə qeydə alınan zəlzələnin episentri Kahramanmaraşın Dulkadiroğlu rayonunda olub.